Qaynar xətt:

(+99450) 247 90 86

Prezident sərəncam verdi – Yeni təyinat

CƏMİYYƏT

1115

11.01.2019, 18:55

\"\"  Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram: \"\" Polad Vəli oğlu Həsənov 1. Polad Vəli oğlu Həsənov Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilsin. 2. Qabil Neymət oğlu Məmmədov Naxçıvan Şəhər Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilsin. 3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.